Hesabatlar

Böyük mənfəət əldə etsə də, vergi ödəməyib

“Akkord Sənaye Tikinti Korporasiyası” ASC 2017-ci ilin 30 milyon 520 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, ASC 2016-cı ili 6 milyon 338 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, şirkətin xalis mənfəəti 5 dəfəyə yaxın artıb. 

"BI" ASC-nin audit olunmuş hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə 131 milyon 227 min manat olmuş gəlirlər 2017-ci ildə 228 milyon 860 min manata yüksəlib (74,4% artıb).

Ötən il ərzində “Akkord”un cəmi xərcləri (satış xərcləri, ümumi və inzibati xərclər, maliyyə xərcləri və.s) 198 milyon 340 min manat təşkil edib. Xərclər çıxıldıqdan sonra şirkətin 30 milyon 520 min manat mənfəəti qalıb. Mənfəətdən vergi ödənilməyib.

Maliyyə hesabatına müsbət rəyi "Abak-Az Crovve Ltd" şirkəti verib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)