By Telecom işçi axtarır - VAKANSİYA
Telesatış operatoru
Vəzifə və Öhdəliklər:
- Satış həcminin artırılması məqsədilə şirkətin məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatın edilməsi;
- Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması;
- Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması;
- Satışdan sonra müştərilərə məlumat xarakterli dəstəyin göstərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Telemarketinq, telesatış sahəsində iş təcrübəsi arzu olunandır;
- Dil bilikləri:
- Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
- Rus dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
- İngilis dili- tələb olunmur, amma üstünlük verilir. – gələcəkdə promotion və təlim, təcrübə mübadiləsi üçün lazım ola bilər;
- Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;
- Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
- Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
- Komanda ilə işləmək bacarığı.
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 6 iş günü. 1-5 gün ( 10:00 - 19:00)
- Nahar fasiləsi 1 saat
***
Çağrı Mərkəzinin Rəhbəri
Tələblər:
- Vakansiya ancaq xanımlar üçün;
- Yaş həddi - 25 - 45 arası ;
- Satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
- İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
- Rahat şəkildə Mc Office proqramlarında işləmək bacarığı (Word, Excel mütləqdir);
- Dürüst, punktual, diqqətli, ciddi olmalı və ünsiyyət qurmağı bacarmalıdır
- Sənədləşmə və qeydiyyat işini sərbəst bilmək;
- Əla səviyyədə azərbaycan və rus dilləri bilikləri;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
- Kollektivdə işləmək qabiliyyətli olmalı;
Öhdəliklər
- Mövcud olan işçi heyətini idarə edilməsi
- Yeni əməkdaşların ( telesales ) cəlb olunması təşkili
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı
- Yeni müştərilərin axtarışı, şirkət məhsullarının təqdim edilməsi təşkili
İş haqqında:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 6 iş günü. 1-5 gün ( 10:00 - 19:00)
- Nahar fasiləsi 1 saat
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Çağrı Mərkəzinin Rəhbəri” qeydi edərək hr@bytelecom.com elektron ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində müraciət edilən vəzifənin/peşənin adı olmayan CV-lərə baxılmayacaq.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Telesatış operatoru” qeydi edərək hr@bytelecom.com elektron ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində müraciət edilən vəzifənin/peşənin adı olmayan CV-lərə baxılmayacaq.