İnşaat və əmlak

“Çinar” soyuducular zavodunun əmlakı hərraca çıxarılır

“Çinar” soyuducular zavodunun “Şəmkir” filialı hərraca çıxarılır.

Bu barədə ENA.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatda deyilir.

Həmin hərracı da bu dövlət qurumu aparacaq.

Hərraca çıxarılan əmlakın  sahəsi 2 095.1 kv-metr, torpaq sahəsi ilə birgə ərazisi isə 27 150.0 kv-metrdir.

Hərracda ilkin satış qiyməti isə 150 min manat müəyyən edilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)