Sənaye

ABŞ tarixdə ilk dəfə neft bazarında liderliyini itirəcək

ABŞ gələn il tarixdə ilk dəfə neft emalı bazarındakı liderliyini itirə və güclərini artıran Çini özündən irəli buraxa bilər.

ENA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Beynəlxalq Energetika Agentliyinə (BEA) istinadən məlumat yayıb.

ABŞ XIX əsrin ortalarında neft erasının başlanmasından bəri neft emalı sahəsində lider olub. Ancaq ekspertlər proqnozlaşdırırlar ki, bu mövqeyi artıq 2021-ci ildə Çin tutacaq. Lider dəyişikliyi həmçinin ABŞ-da nef emalı zavodlarının bağlanması fonunda Çində hazırda azı dörd belə zavodunun tikilməkdə olması ilə bağlı ola bilər.

Agentliyin məlumatına görə, Çinin bu yeni neft emalı zavodlarının ümumi gücü gündəlik 1,2 milyon barelə çata bilər ki, bu da Böyük Britaniyanın cəmi neft emalına bərabərdir. Eyni zamanda, qeyd olunur ki, COVID-19 pandemiyasının səbəb olduğu böhran səbəbi ilə yanacağa olan qlobal tələbat azalıb və buna görə də neft istehsalı və emalı həcmlərinin azaldılması zəruri olub. Azalma rekord həddə - gündəlik 1,7 milyon barel təşkil edib və bunun yarıdan çoxu ABŞ şirkətlərinin payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)