Azərbaycanın maliyyə şirkəti nizamnamə kapitalını 17 dəfə artırıb
“Hermes Finance” QSC nizamnamə kapitalını 17 dəfə artıraraq 30 min manatdan 510 min manata çatdırıb.
Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.
Xatırladaq ki, nazirlik adı çəkilən şirkəti bu il mayın 14-də dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 116, mənzil 226, qanuni təmsilçisi isə Vüqar Valeh oğlu Məmmədovdur.