Birja

Dollar beynəlxalq ödəmələrdə zirvədən düşdü

SWIFT hesablaşma sisteminin məlumatlarına görə, ABŞ dolları 2013-cü ildən bəri ilk dəfə avroya birinci yeri verərək dünya hesablaşmalarındakı liderliyini itirdi.

Oktyabr ayında beynəlxalq ödəmələrdə avronun payı, 2019-cu ilin sonundan bəri 6 faiz bəndi artaraq 37,82% təşkil edib. Dolların payı isə 4.6 faiz bəndi azalaraq 37.64% -ə düşüb.

SWIFT xəbər verir ki, üçüncü və dördüncü yerləri funt sterlinq və yen, Kanada dolları tutur. Keçən ay funt, yen və Kanada dolları beynəlxalq ödəmələrin cəmi 12,25% -ni təşkil edib.

Yuanın payı aprel ayından bəri ən aşağı olan 1.66% -ə düşüb. Swift bu məlumatların monitorinqinə başladığı 2010-cu ilin oktyabrında Çin milli valyutası 35-ci yerdəydi və 2014-cü ildə beynəlxalq hesablaşmalarda ən populyar altı valyutadan biri oldu.

Qeyd edək ki, ABŞ dolları hələ də istiqraz yerləşdirmə və xarici borc vermək üçün əsas valyutadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)