BİZNES

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi barədə qərar qəbul edilib

“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli fərmanının icrasının təmin edilməsi barədə qərar qəbul edilib.

Nazirlər Kabinetinin məlumatına əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla müvafiq fərmana uyğunlaşdırılma ilə bağlı təkliflər iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir.

Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir.

Razılaşdırma prosesinin iştirakçıları bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir.

Qərara əsasən mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib və imzaladığı gündən qüvvəyə minir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department