Paşinyan hökumətinin gələcək işlərinə dair yeni planını təqdim etdi
Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində kabinetindəki dəyişiklikləri və hökumətinin gələcək işlərinə dair yeni planını təqdim edib.
Verilən məlumata görə, yeni planda aşağıdakılar yer alıb:
– silahlı qüvvələrin islahatı;
– ATƏT-in iştirakı ilə Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin bərpa edilməsi;
– qaçqınların öz evlərinə qaytarılması;
– Dağlıq Qarabağ və Ermənistanda zədələnmiş evlərin və infrastrukturun bərpa edilməsi;
– ölən əsgər ailələrinə və vətəndaşlara sosial zəmanətlərin verilməsi, yaralı əsgərlərə yardım (protez alınması da daxil olmaqla) edilməsi;
– Korrupsiyaya qarşı mübarizə məhkəməsinin yaradılması. Qanunsuz əmlakın müsadirə edilməsi haqqında qanunun işə salınması.
Paşinyan proqramın hər bəndinin icrası barədə altı aydan sonra, yəni 2021-ci ilin iyun ayında hesabat verəcəyinə söz verib.
Banker.az bu barədə “TASS” a istinadən xəbər verir.