İnşaat və əmlak

Dövlət Hövsandakı 501 mənzilin güzəştlə satışını elan etdi – Şərtlər və Qiymətlər

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış kompleksi üzrə 501 mənzilin güzəştlə satışa çıxarılacağını elan edib.

Marja xəbər verir ki, satış 18 Dekabr 2020 - 28 Dekabr 2020 dövründə həyata keçiriləcəkdir.

1 otaqlı mənzilin qiyməti 32 min 215 manatdan, 2 otaqlı mənzilin qiyməti 42 min 415 manatdan, 3 otaqlı mənzilin qiyməti 57 min 120 manatdan başlayır.

Mənzil ipoteka krediti ilə alındıqda aylıq ödəniş otaq sayından asılı olaraq 138 manat – 268 manat civarında dəyişəcəkdir.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər müraciət edə bilərlər.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)