“Aznar”ın İdarə Heyətinə yeni üzv seçilib
Azərbaycanda qida və aqrar sektorunda fəaliyyət göstən “Aznar” QSC-nin (Teymur Əhmədovun adını daşıyır) İdarə Heyətinə yeni üzv seçilib.
İdarə Heyətinə yeni seçilmiş üzvün adı Anar Ələkbərovdur. A.Ələkbərov buna qədər “Nar Mobile”də çalışıb.
“AzNar”ın cari ilin iyun ayının sonları səhmdarlarının toplantısı gözlənilirdi. Həmin toplantıda Direktorlar Şurası ilə yanaşı icara orqanlarında da baxılması müzakirə ediləcəkdi.
A.Ələkbərov həmçinin Baş kommersiya inzibatçısı kimi təyin edilib.
Qeyd edək ki, “AzNar” QSC-nin nizamnamə kapitalı 30 mln. manatdır, majoritar səhmdarı azərbaycan əsilli milyarder Fərhad Əhmədovdur. “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.
Teymur Əhmədov adına “AZNAR” QSC “Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.