“Əgər bəyanatı pozsaq...” - Paşinyandan növbəti etiraf
"Biz üçtərəfli bəyanatı pozaraq onu zibil qutusuna ata bilərik, ancaq bununla heç nə dəyişməyəcək. Nəticələri düşünmək lazımdır. Əgər bunu etsək, deməli, noyabrın 10-dak olan vəziyyətə, yəni müharibəyə qayıdacağıq. Düşünmək lazımdır ki, bu addımın nəticəsi nə olacaq”.
“ENA” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, müxalifət bəyanatı imzaladığına görə onu tənqid etsə də, bu sənəddən imtina etmək üçün tutarlı bir yol təklif etməyib.
“Xankəndi müdafiəsiz qalmışdı. Ön xətdə olan 20-30 min erməni əsgəri mühasirəyə düşəcəkdi, onların xilas olmaq şansı belə qalmırdı”, - deyə Paşinyan məğlubiyyətlərini bir daha etiraf etməli olub.