BİZNES

Dünyanın ən böyük sərbəst ticarət sazişi imzalanacaq

Noyabrın 12-15-də Cakartada keçirilən 37-ci ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Asosiasiyası) zirvə görüşü zamanı 15 Asiya ölkəsi arasında dünyanın ən böyük sərbəst ticarət sazişi imzalanacaq.

ENA.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu sazişdə ticarət rüsumlarını azaltmağı, elektron ticarətin yeni qaydalarını tətbiq etmək, habelə tədarük zamanı mənşə ölkəsinin müəyyənləşdirilməsi üçün vahid qaydalar tətbiq etmək kimi müddəalar yer alacaq.

Sözügedən saziş nəticəsində ABŞ və bir çox transmilli şirkətlərinin əlverişsiz vəziyyətdə qalacağı bildirilir.

ABŞ administrasiyasının 2017-ci ildə Trans Pasifik Tərəfdaşlıqdan (TPP) çıxmaqla bağlı memorandum imzalaması bu vəziyyətin başlıca amili olaraq dəyərləndirilir. Belə ki, həmin memorandum imzalamaqla ABŞ Çinin öz qonşularına artan təzyiqlərini dəf etmək imkanlarını məhdudlaşdırdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)