Neft bahalaşır - SON QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,12 ABŞ dolları və ya 0,29% artaraq 41,57 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,08 dollar və ya 0,18% artaraq 43,88 dollar təşkil edib.