Şuşa və Xankəndidə Azərbaycanın mobil şəbəkəsi fəaliyyətə başlayıb
Artıq Şuşa və Xankəndi şəhərlərində Azərbaycanın mobil şəbəkəsi fəaliyyət göstərir.
Bu barədə xarici mətbuat xəbər verir. Qeyd edilir ki, qoşulma “Qelebebizimdir” adını alıb.
Xatırladaq ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın baş naziri Dağlıq Qarabağda atəşin dayandırılması haqqında birgə bəyanat qəbul ediblər. Sənədin imzalanmasından sonra Yerevanda etirazlar başlayıb.