ENA+

Rusiyada valyuta kursu lövhələrini küçələrdə asmaq qadağan edilir

Rusiya Federasiyasının Dövlət Duması valyuta kursu lövhələrini küçələrdə asmağı qadağan edəcək qanun qəbul edib. Bundan sonra həmin lövhələr yalnız bankın daxilində yerləşdirilə bilər.

"BI" xəbər verir ki, ölkənin Mərkəzi Bankı bu addımın qanunsuz valyutadəyişmə məntəqələri ilə mübarizə aparmaq məqsədilə atıldığını bəyan edib. “Vedomosti” qəzetinin yazdığına görə, onlar küçə reklamından əhalinin diqqətini daha çox cəlb etmək üçün istifadə edirlər.

Mərkəzi Bankın rəsmi nümayəndəsi qeyd edib: “Təcrübə göstərir ki, valyuta kursları haqda informasiya olan lövhələri binaların xaricində qanunsuz “valyuta mübadiləsi məntəqələri” yerləşdirir. Onlar səlahiyyətli bankın əməliyyat kassaları adı altında fəaliyyət göstərirlər”.

Banklar isə, bir qayda olaraq, bu cür lövhələri binanın içərisində yerləşdirir. Bu səbəbdən yeni qanun onların pəncərələrinə və vitrinlərinə şamil olunmur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)