Birja

Sentyabrın bəri ən böyük bahalaşma - QİYMƏT

Neftin qiymətindəki bahalaşma sürətləndi, Brent sentyabrın 2-dən bəri ilk dəfə 45 dollar/barelin üzərindədir. 

London ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin dəyəri çərşənbə günü saat 14: 05-ə qədər 45,05 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 1,44 dollar (3,3%) çoxdur.

New York Ticarət Birjasının (NYMEX) elektron ticarətində dekabr ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 42,66 dollar/ barel təşkil edib ki, bu da əvvəlki ticarət səviyyəsindən 1,3 dollar (3,14%) çoxdur.

Əvvəlki iki sessiyada neft qiymətləri, ilk növbədə, ABŞ-dakı prezident seçkilərində demokratların namizədi Joe Biden-in qalib gəlməsi xəbəri və ikincisi, COVID-19 peyvəndinin sınağının müvəffəqiyyətli olduğu xəbərləri sayəsində 11% artdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)