“Şuşanı iki dəfə geri qaytarmağa çalışdıq”
![](https://ena.az/uploads/news/2020-11/_ena_2ab704cbb086eb7e50732ac92_o.jpg)
Ermənistanın baş naziri Nikol Paşinyan erməni dəstələrinin Şuşa şəhərini iki dəfə geri qaytarmağa çalışdıqlarını açıqlayıb.
ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, hər iki cəhd tamamilə uğursuz olub. Məhz bu hərəkətlər nəticəsində ziddiyyətli məlumatlar ortaya çıxıb.