Sənaye

ABŞ-ın "Şimal axını - 2"yə qarşı daha bir - SANKSİYASI

ABŞ-ın "Şimal axını - 2"yə əlavə sanksiyaları sığorta və sertifikat şirkətlərini hədəf alacaq. ENA.az xəbər verir ki, Bloomberg-in yazdığına görə, Nümayəndələr Palatası və Senatda danışıqlar aparanların "Şimal axını-2" qaz kəmərinə əlavə sanksiyaların məcburi müdafiə haqqında qanun layihəsinə daxil ediblər.

"Şimal axını - 2" qaz kəmərinə tətbiq olunan sanksiyalar, layihənin başa çatması ilə əlaqədar Rusiya gəmiləri ilə işləyən sığorta və sertifikat şirkətlərini hədəf alacaq. Bu sanksiyalar ilin sonuna qədər qəbul edilməli olan 2021-ci ilin Milli Müdafiə Qanununa daxil ediləcək.

Eyni zamanda, Senatın Xarici Əlaqələr Komitəsindəki demokrat Nyu-Cersi senatoru Bob Menendez, sanksiyaların ABŞ və müttəfiq olaraq Almaniyaya qarşı yönəlməyəcəyini söyləyib. 

Eyni zamanda, hazırda qüvvədə olan sanksiyaların qalacağı da müzakirə mövzusudur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)