Vakansiyalar

"Veyseloğlu" işçi axtarır - VAKANSİYA

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Müştəri əməliyyatları üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 22-35

İşin Təsviri: Müştərilərlə bağlanmış müqavilələrə nəzarət, müştəriləri aidiyyatı proqramlarda aktivləşdirmək və müştəri bazasını yaratmaq.

Vəzifə öhdəlikləri:

- Mövcud kampaniyaların hesablanması, satış endirimlərinin sistemə işlənilməsi; 
- Müqavilə bağlanan hüquqi və ya fiziki şəxslərin məlumatlarının dövlət sturkturlarında yoxlanılması və müştərilərə qeydiyyat kartlarının açılması;
- Kassa mədaxil orderlərinin sistemə daxil edilməsi;
- Hesabatların hazırlanması.

Tələblər:

- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- MS Office proqramları biliyi (xüsusilə MS Excel biliyi);
- Komandada işləmək bacarığı;
- Qadın namizədlərə üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Müştəri əməliyyatları üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department