ENA+

Bu ölkədə bütün ictimai nəqliyyat pulsuz olacaq - DÜNYADA BİR İLK

"BI" xəbər verir ki, Lüksemburqda gələn ildən bütün növ ictimai nəqliyyatda, o cümlədən, tramvay, avtobus, şəhərkənarı qatarlarda gediş haqqı ləğv ediləcək. Həmçinin, birinci və ikinci sinif qatarlarda da gediş haqqının ləğv edilməsi düşünülür.

Qeyd edək ki, Lüksemburqun paytaxtında 110 min əhali yaşayır. Hersoqluğun əhalisi isə 600 min nəfərdir. Günlük olaraq 100 minlərlə insan iş üçün Avropadan bu ölkəyə gəldiyindən ölkə ərazisində, xüsusən də, paytaxtda böyük tıxaclar yaranır. Sözügedən qərarın qəbulu da bu problemlə bağlıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)