BİZNES

Azərbaycanın iri şirkətinin türk rəhbəri işdən çıxdı

Söhbət “Akkord Sənaye və Tikinti Korparasiyası” ASC-nin (“Akkord”) Müşahidə Şurasının sədr müavini olan Göksel Akbek vəzifəsini tərk edib.

Bu barədə məlumatı şirkətə yaxın mənbə bildirib.

Həmin vəzifəni isə Vüqar Süleymanova həvalə ediblər. Belə ki, bundan sonra bu vəzifəni MŞ sədrinin müavini kimi daşıyacaq.

Qeyd edək ki, “Akkord”un MŞ-si üç nəfər – Sədr, 1 müavin və 1 üzvdən ibarətdir.

Xatırladaq ki, “Akkord”un səhmdarlarına aid (2017-ci ilin audit hesabatı) 400,74 mln. manat həcmindədir. Konsolidə olunmuş aktivlərinin həcmi 1,37 mlrd. manat həcmindədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)