Qarabağ

İsrailli diplomat: “Dəmir günbəz sistemini azərbaycanlılarla bölüşməliyik”

"Sderot, Aşkelon və Bir Şevadan (Beer Sheva) olan israillilərə bu hekayə tanışdır".

“ENA” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk Ermənistanın Azərbaycanın mülki əhalisini raket atəşinə tutmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan döyüşdə uduzduğu üçün mülki əhalini hədəfə alır: “Döyüş meydanındakı itkiləri “tarazlaşdırmaq” üçün mülki şəxslərə raketlər atılır. Dəmir günbəz sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik”.

Xatırladaq ki, A.Lenk 2005-2009-cu illərdə İsrailin Azərbaycanda səfiri olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)