Ermənistanın Bərdəyə atdığı raket zərərsizləşdirildi

Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Bərdə rayonu ərazisində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.
ENA.az xəbər verir ki, nəticədə rayonun Qarayüsifli kəndi ərazisində raket partlayıb və 2 mülki şəxs həlak olub, yaralılar var.