Qarabağ

Cəlal Arutyunyan belə məhv edilib - Video

Bu gün Qarabağdakı qondarma rejim “müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyanın “döyüş vəzifəsini yerinə yetirərkən yaralandığını” açıqlayıb və dərhal onun yerinə general Mikael Arzumanyanın təyin olunduğunu elan edib. Sosial şəbəkələrdə Arutyunyanın öldürüldüyü haqda xəbərlər yayılsa da qondarma rejim bunu təkzib etmişdi, iddia edilirdi ki, guya Arutyunyan sağdır və tezliklə “sıraya qayıdacaq”.

"ENA" virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Calal Arutyunyanın xidməti avtomobili müəyyən edilib və izlənilib. Onun müntəzəm izlənilməsi pilotsuz kəşfiyyat aparatı vasitəsilə həyata keçirilib. Əmin olanda ki, C.Arutyunyan xidməti avtomobildədir və döyüş mövqelərindən birinə gedir, onun avtomobilinə operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilib.

Kadrlardan göründüyü kimi, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni zabitinin də məhv edildiyi görünür.

Azərbaycan hakimiyyəti Calal Arutyunyanı 1992-ci ildən bəri ölkə ərazisində xüsusilə ağır hərbi cinayətlər törətməkdə ittiham edirdi. C.Arutyunyan Qarabağın işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı terrorçuluq hərəkətlərinin törədilməsində və digər hərbi cinayətlərdə fəal iştirak edib. Sonradan işğal altındakı ərazilərdə yaradılmış hərbi strukturun rəhbərliyində yer alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)