Qarabağ

Ermənistanda daha bir yüksək rütbəli hərbçi işdən çıxarıldı

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan rəhbərliyi ölkənin güc strukturlarında dəyişikliyə davam edir.

“ENA” “aysor.am” portalına istinadən xəbər verir ki, bu dəfə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı, polkovnik Vaginak Sarkisyan vəzifəsindən azad edilib.

Bu barədə müvafiq fərman Ermənistan Prezidenti Armen Sarkisyan tərəfindən imzalanıb.

Qeyd edək ki, V. Sarkisyan bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)