"Veysəloğlu" şirkəti AYİB-dən 7 milyon manat kredit aldı: LİKVİDLİYİ TƏMİN ETMƏK ÜÇÜN
![](https://ena.az/uploads/news/2020-10/_ena_ec88295fc9da82c78ff5af07f_o.jpg)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Azərbaycanın "Veysəloğlu" şirkətlər qrupununa 7 milyon manat və ya 3,5 milyon avro kredit verdi. Kredit dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün verilib.
"Bu layihə Bankın COVID-19 pandemiyasına qarşı verdiyi cavab kontekstində təsdiqlənib. Kredit, hazırki əlverişsiz bazar mühitində şirkətin lazımi likvidliyini və dövriyyə kapitalına olan ehtiyacını təmin edəcək", - deyə məlumatda bildirilir.
Bankın məlumatına görə, "Veysəloğlu" şirkəti AYİB ilə 2007-ci ildən əməkdaşlıq edir. 2014-cü ilin may ayında bank istehsalını genişləndirmək üçün şirkətə 9 milyon dollar kredit vermişdir.
Hazırda bankın Azərbaycandakı aktiv portfelinə 38 layihə daxildir ki, bunlara təxminən 1,4 milyard avro ayrılıb.