"Məhdudiyyət müntəzəm olmalıdır, ötənilki kimi"
OPEC+ ölkələri tərəfindən neft hasilatının məhdudlaşdırılmasına dair qərar qəbul edilərsə, bu müntəzəm olmalıdır.
“BI” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov deyib.
"Məhdudiyyət müntəzəm olmalıdır, ötənilki kimi", - deyə o bildirib
Bundan əvvəl OPEC+ ölkələrinin nazirləri, eləcə də Rusiya nümayəndəsi Monitorinq Komitəsinin çərşənbə günü keçirilən iclasında neft hasilatını azaltmağın zəruriliyi barədə razılığa gəliblər.