Sarkisyan Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Brüsselə yollanıb
Ermənistan prezidenti Armen Sarkisyan NATO-nun baş katibi və Avropa rəsmiləri ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Brüsselə yola düşüb.
“Prezident Sarkisyanın Brüsselə səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Jozep Borrel, Avropa Şurasının rəhbəri Çarlz Mişel və digər yüksək vəzifəli rəsmilərlə görüşlər keçiriləcək. Görüşlərdə Dağlıq Qarabağ məsələsinin müzakirə edilməsi planlaşdırılır”, – mesajda deyilir.
Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.