“AnderSon" brendi Bakıdan İTİ QOVAN kimi qovuldu
"AnderSon" kafe şəbəkəsinin qurucusu Anastasiya Tatulova 19 oktyabrda Facebook sosial şəbəkəsində Dağlıq Qarabağdakı müharibədə Ermənistana simpatiya bəslədiyi haqqında status yerləşdirib.
“Niyə müdaxilə edib bu müharibəni dayandırmırıq? Bəli, mən ermənilərin tərəfindəyəm. Əlbəttə. Və düşüncələrlə, pulla və hər şeylə”, - deyə A.Tatulova yazıb və sonra silib.
"AnderSon" Bakı franşizasının sahiblərinin A.Tatulovanın statusuna reaksiyası dərhal olub - Bakıdakı kafe sahibləri bu şəbəkə ilə əməkdaşlığı tamamilə dayandırmağa və francayzinqi tərk etməyə qərar veriblər.
“Kafenin adı tezliklə dəyişdiriləcək. Narazılığınızı bölüşürük”, - deyə sahiblərin qərarı ilə bu gün Bakıdakı "AnderSon" kafesinin adı olan lövhə sökülüb.
“AnderSon" brendi Bakıdan İTİ QOVAN kimi qovuldu”, deyə kafenin sosial səhifəsində bildirilir.