ENA+

ABŞ İranla əlaqəsi olan daha 6 şirkətə sanksiya tətbiq edib

ABŞ İranın Gəmiçilik şirkəti ilə əməkdaşlıq edən 6 beynəlxalq firma və 2 hüquqi şəxsə sanksiya tətbiqinə dair qərar qəbul edib.

ENA.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, ABŞ-ın dövlət katibi mayk Pompeonun imzaladığı qərara əsasən, mərkəzi Çində yerləşən “Reach Holding Group”, “Reach Shipping Lines”, “Delight Shipping Co”, “Gracious Shipping Co”, “Noble Shipping Co” və “Supreme Shipping Co”şirkətlərindən yaranan 6 firma və daha iki hüquqi şəxsə “İrana bilərkdən mal və xidmət tədarükünü davam etdirdikləri” üçün sanksiya tətbiq edilib.

Qeyd edək ki, bu ilin iyun ayında İranla əlaqəsi olan 125 neft tankeri də sanksiyalar siyahısına daxil edilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)