Azərbaycandakı üç avtomobil zavodundan biri işləyir: Yerli istehsal düşüb
Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında Neftçala, Gəncə və Naxçıvanda fəaliyyət göstərən avtomobil zavodları mövcuddur. Ancaq yalnız Neftçaladakı zavodun işləməsi nəticəsində cəmi 1382 ədəd minik avtomobili istehsal edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yerli avtomobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% azalıb.
Azalma koronavirus pandemiyası səbəbindən aprel ayından etibarən istehsalın dayandırılması və yalnız iyun ayında bərpa olunması ilə izah olunur.
Ümumilikdə sentyabr ayında 212 ədəd avtomobil istehsal edilib.
1 oktyabr 2020-ci il tarixinə isə anbarlarda 183 ədəd minik avtomobili mövcuddur. Eyni zamanda, may ayında dayandırılmış traktor istehsalı da bərpa olunub. Bütövlükdə, yanvar-sentyabr aylarında Azərbaycanda cəmi 220 ədəd traktor istehsal edilib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 73,7% azdır. 2020-ci il oktyabrın 1-nə anbarlarda 140 ədəd traktor mövcuddur.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda 2360 ədəd avtomobil istehsal olunub ki, bu da 2018-ci ilin göstəricisindən 2,4 dəfə çox idi.