"Embafinans" işçi axtarır - VAKANSİYA
BOKT Embafinans MMC aşağıda qeyd olunan Bakı üzrə “kredit mütəxəssisi” vakansiyasını elan edir:
(Yalnız kişi namizədlər)
Əsas vəzifə və öhdəliklər:
• Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
• Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək
Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə,)
• Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
• Azərbaycan dilində səlis danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
• Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
• Məsuliyyətli,təşəbbüskar,dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
• Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir
• Yaş həddi – 22-32 yaş
Müracət və seçim qaydaları:
Maraqlananlar müraciət formalarını CV (resume) hr@embafinans.az ünvanına göndərə bilərlər.
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya və regionu qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.
İş qrafiki: 6 gün / saat 10.00-18.40
Əmək haqqı (xalis)
• Kiçik mütəxəssislər: 320 AZN (net)+aylıq bonus*
*Aylıq bonus verilmiş kreditlərin məbləğinə və portfel qalığına görə hesablanır