Mərkəzi Bank yeni sığorta şirkətinə - LİSENZİYA VERDİ
Azərbaycan Mərkəzi Bankı (AMB) “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-yə lisenziya verib.
“Şirkət sığortalılarla müqavilələrin bağlanması, sığorta hadisələrilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirəcək. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərəcək", - deyə məlumatda deyilir.
Qeyd edək ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin nizamnamə kapitalı 2 milyon 187,5 min manatdır. Şirkətin təsisçiləri sırasına 7 sığorta daxildir: "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC. Hər iştirakçının şirkətdəki payı 312,5 min manatdır.