Neft bahalaşır - SON QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,02 ABŞ dolları və ya 0,05% artaraq 39,45 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,02 dollar və ya 0,05% artaraq 41,74 dollar təşkil edib.