Paşinyan yenə Putinə zəng etdi
Ermənistanın baş naziri Nikol Paşinyan yenə Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə Kremlin saytı məlumat yayıb.
Paşinyan əvvəlcə Rusiya Prezidentini 68 yaşı münasibətilə təbrik edib. Həmçinin tərəflər Qarabağdakı vəziyyəti müzakirə edərək, hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bu, həftə ərzində Paşinyanın Putinə sayca 5-ci zəngidir. (Azvision.az)