Hikmət Hacıyev: “Ermənistanın atdığı raket BTC-nin 10 metrliyinə düşüb”

“Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kasetli raket atıb. Raket Yevlax rayonunda BTC-nin 10 metrliyinə düşüb”.
ENA.azxəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabında paylaşım edib.
“Ərazidə 300-dən çox kassetli bomba var. Boru kəmərinə zərər dəyməyib. ANAMA fəaliyyətdədir. Çıxılmaz vəziyyətdə qalan Ermənistan enerji infrastrukturuna hücum edir”,- H.Hacıyevin paylaşımında qeyd edilir.