Baş Prokurorluq: Ermənistanın atəşi nəticəsində 5 uşaq həlak olub, 7-si yaralanıb

“Ermənistanın hücumları nəticəsində sentyabrın 27-dən indiyə qədər 24 nəfər mülki şəxs həlak olub. Onlardan 5-i qadın, 3-ü uşaqdır”.
ENA.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, indiyədək i121 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb: “Onlardan 30-u qadın, 7-i isə uşaqdır”.