“Mingəçevirə dörd “Toçka” tipli raket buraxılıb” - RƏSMİ
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Mingəçevirə endirilən raket zərbələri haqqında məlumat paylaşıb.
Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.
“Azərbaycanın Mingəçevir sənaye şəhərinə Ermənistan tərəfindən dörd ədəd “Toçka” qısamənzilli ballistik raket buraxılıb. İnfrastruktura ciddi ziyan dəyməyib.
Ancaq mülki əhali arasında yaralılar var. Ermənistanın dövlət terroru və ekoloji terroru davam edir. Mingəçevir, həmçinin, böyük su rezervuarıdır”, - deyə Hikmət Hacıyev qeyd edib.