Qarabağ

Ermənistan məhbusları azad edərək Qarabağda döyüşməyə göndərir

Cəbhədə ciddi itkilər verən Ermənistan Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını dayandırmaq üçün cəzaçəkmə müəssisələrindəki məhkumları da döyüşlərə göndərir.

Artıq 100-dən artıq məhbus cəzalarının bağışlanması qarşılığında Qarabağa göndərilib. Onların təmas xəttinin müxtəlif istiqamətlərində yerləşdirildiyi bildirilir. Onların “Nubaraşen”, “Vanadzor” və “Armavir” həbsxanalarında cəza çəkən məhbuslar olduğu bildirilib.

Ermənistanın Pentensiar Xidməti Müdafiə Nazirliyi ilə məsləhətləşərək məhkumları ən çox ehtiyac yaranan döyüş mövqelərində yerləşdirir. Proses məxfilik şəraitində həyata keçirilsə də, bəzi məhkum yaxınları faktdan xəbər tutaraq ombudsmana şikayət edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)