Birja

Azərbaycan müharibə aparır: Rubl və Lirə "çökür"

Azərbaycan ərazisinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı bəzi iqtisadi göstəricilərin, xüsusən də qonşularımızın milli valyutalarının ucuzlaşması prosesi ciddi xarakter alıb. 

ENA.az xəbər verir ki, hazırda 1 Avro 93 Rubl təşkil edir. Moskva birjasının məlumatına görə, 2016-cı il 21 yanvardan bəri ilk dəfə rubl bu qədər ucuzlaşır. Ticarət əməliyyatlarının açılışından bəri avropa valyutasının ən yüksək qiyməti 93,20 rubla qədər yüksəlib. Dolların məzənnəsi də qalxmaqda davam edir. Dolların maksimal qiyməti ticarət sessiyası zamanı 79,87 rubl təşkil edib.  

Eyni zamanda, Türk lirəsi də kəskin şəkildə ucuzlaşır. Türk Mərkəzi Bankının uçot dərəcəsini artırmasına baxmayaraq, bu yalnız bir gün öz effektini göstərdi və sonrakı günlərdə dollar yenidən bahalaşmağa başladı. Hazırda 1 Dollar 7,8437 Lirə təşkil edir. 

Azərbaycanda isə dolların manata olan məzənnəsi dəyişməz olaraq qalır və 1 dollar dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi isə 0,38% irəliləyərək 1,9850 manata yüksəlib. 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department