Elm və Texnologiya

“Facebook” Türkiyə iqtisadiyyatına milyardlar qazandırıb - HESABAT

Türkiyədəki müəssisələr “Facebook” platformaları (Facebook, Instagram, Facebook Messenger ve WhatsApp) vasitəsilə ölkə iqtisadiyyatına 15,3 milyard türk lirəsi dəyərində əlavə dəyər qazandırıb.

Bu faydanın nəticəsində ölkədə 209 000 məşğulluq yaranıb. Bu isə sosial mediadan istifadə edən müəssisələrin 91%-i deməkdir. Rəhbərlər deyir ki, şirkətlərini “Facebook” platformasına inteqrasiya etdikdən sonra, məhsul və xidmətlərinə tələb artıb, onlar yeni əməkdaş cəlb ediblər.

"BI" xəbər verir ki, “Facebook” bu gün “Sərhədləri aşan Türkiyə” layihəsini və “Deloitte Türkiyə” tərəfindən hazırlanan iqtisadi və sosial hesabatın nəticələrini açıqlayıb.

 

“Sərhədləri aşan Türkiyə” layihəsini ilk mərhələsi olan və “Deloitte”in hazırladığı iqtisadi və sosial hesabatın önəmli nəticələri belədir:

İqtisadi təsir:

- Türkiyədə 1,7 milyon kiçik və orta sahibkarlığın, yəni ölkədəki bütün kiçik və orta sahibkarlıq müəssisələrinin 55%-nin “Facebook”da rəsmi səhifəsi mövcuddur.

- Sosial mediadan istifadə edən müəssisə rəhbərlərinin 93%-i düşünür ki, “Facebook” onların biznesinin böyüməsinə kömək olur, 87%-i isə bu platformalar hesabına satışların artdığını qeyd edir.

- “Facebook”da dünyanın dörd bir yanında olan 135 milyondan çox insan Türkiyədəki müəssisələr ilə əlaqə qurur.

-Müəssisə rəhbərlərinin 89%-i deyib ki, “Facebook” tətbiqləri və xidmətləri hesabına başqa şəhər və ölkələrə də satışlar edə bilirlər.

Sosial təsir:

- İnsanların 78%-i “Facebook” ilə əlaqədar qruplara üzv olub. 65% insan isə inanır ki, belə qruplar Türkiyənin başqa şəhərlərində yaşayan insanlarla əlaqə qurmalarına önəmli rol oynayır.

- Türkiyədəki istifadəçilərin 32%-i sosial məsuliyyət layihəsinə qoşulduqlarını, 11%-i isə “Facebook” platformalarında kontent gördükdən dərhal sonra xeyriyyə yardımı etdiyi deyib.

Qeyd edək ki, “Facebook”, həmçinin Türkiyə Palata və Birjalar Birliyi (TOBB) və “Habitat” ilə əməkdaşlığı nəticəsində adıçəkilən ölkədə sahibkarlıq mərkəzi qurmağı və bununla da ölkədə investisiya həcmini genişləndirməyi planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)