Hadisə

DTX-nin tutduğu rəis həbsdən buraxıldı

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

ENA.az xəbər verir ki, onun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib.

Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)