“KonMari metodu” ilə məhsuldarlığa doğru 5 ADDIM
KonMari metodu – “Sehirli təmizlik” kitabının müəllifi Mari Kondo-nun icad etdiyi yanaşmadır. 2020-ci ilin aprelində o, idarəetmə professoru Skott Sonenschein ilə bilikdə yeni Joy at Work: Organizing Your Professional Life kitabını buraxdı. Orada iş yerini səliqəyə salmağın və işdən zövq almağın yolları haqqında danışılır. Gəlin, kitabın əsas müddəalarına nəzər salaq.
- Gününüzü ritualdan başlayın
Sadə hərəkətlər ardıcıllığı sizi gününüzü daha məhsuldar keçirməyə təşviq edərək, diqqətinizi yayındıran düşüncələrin qarşısını almağa kömək edəcək. Mari Kondo özü fikirlərini cəmləşdirmək üçün efir yağlardan istifadə edir. Mütləq deyil ki, onun etdiyini təkrar edəsiniz. Siz başqa rituallar düşünə bilərsiniz: kofe içmək, gündəlik yazmaq, meditasiya ilə məşğul olmaq və ya ruhlandırıcı musiqiyə qular asmaq.
Qeyd edək ki, rituallar evdən işləyənlər üçün xüsusilə vacibdir. Lakin buna baxmayaraq, ehtiyac varsa onlardan ofisdə də istifadə edə bilərsiniz.
- İş masanızın səliqəli olmasına nəzarət edin
Mari Kondo bunun iş gününün təşkil edilməsinin təməl daşı olduğuna inanır. İş masası üzərində artıq əşyalar olmamalıdır. The Case for Finally Cleaning Your Desk tədqiqatlarının nəticələri bu fərziyyəni təsdiq edir: səliqəli iş yeri stresi azaldır, konsentrasiyanı və məhsuldarlığı isə əksinə – artırır.
– Masanın üstündə yalnız bu gün işləməyiniz üçün lazım olan əşyalar olmalıdır. Əgər işiniz kompüterlə bağlıdırsa və daima zənglər qəbul edirsinizsə, kompüter və telefona dəyməyə bilərsiniz. Ofis ləvazimatları, əyilmiş skrepkalar, lazımsız bloknotlar və kağızlar – bütün bunları masa üstündən yığışdırın.
– Hal-hazırda tələb olunmayan, lakin gün ərzində istifadə edəcəyiniz əşyaları kateqoriyalara ayırın və ayrı-ayrı qutulardan saxlayın.
– İş masası üzərinə sizi sevindirən əşya qoymaq olar (hətta lazımdır!). KonMari fəlsəfəsinə əsasən, bu əşya sizdə xoş xatirələr oyatmalıdır. Mari Kondo iş masasının üstünə güldanda təbii çiçəklər qoyur. Bu həm də ailənizin şəkili və ya yadigar qalan hədiyyə ola bilər.
– Artıq kağız-kuğuzdan qurtulsanız və bütün vacib məlumatları rəqəmsal formatda saxlasanız, daha məhsuldar ola biləcəksiniz. Orijinallığı qorunub saxlanılmalı olan möhürlü və imzalı sənədləri kateqoriyalara bölərək, qovluqlara qoyun.
– Əgər evdən işləyirsinizsə, bütün alət və kağızları qutularda saxlayın. Birincisi, qutunu örtüb yığışdırmaq asandır. İkincisi, bu formada onları otaqdan otağa daşımaq daha rahat olacaq (məsələn, əvvəl yata otağında və ya mətbəxdə işləyirdiniz, sonra qonaq otağına köçməyə qərar verdiniz).
– Ayın bir gününü iş yerinin təmizlənməsinə sərf edin. Sevinc gətirməyən və çoxdandır ki, istifadə edilməyən hər şeyi atın.
- Rəqəmsal zibili də atın
O, cihazların yaddaşında yer tutur, ehtiyac duyduğunuz məlumatları tapmağınıza mane olur və əhvalınızı pozur. Rəqəmsal məkanı səliqəyə salanda, bütün obyektləri kateqoriyalara bölmək və “sevinc qığılcımı” yaratmayan şeyləri atmaq lazımdır. Sürətlə hərəkət etməlisiniz, tərəddüd etməyin.
Ümumilikdə rəqəmsal mülkiyyət bir neçə kateqoriyaya bölünə bilər: sənədlər (sənədlər, fotoşəkillər), məktublar və mesajlar, abunələr, tətbiqlər və xidmətlər. Artıq şeylərdən qurtulmaq üçün hər bir kateqoriya ilə ayrılıqda məşğul olmalısınız.
- Tapşırıqları prioritet üzrə ayırın
Mari Kondo hesab edir ki, biz vaxtımızın böyük hissəsini diqqətimizi yayındıran faktorlara sərf edirik. Buna görə təcililiyin tələsinə düşməyin və gələn mesaja həmin anda cavab verməyə tələsməyin. İlk növbədə uzun perspektivdə daha vacib olan işlərlə məşğul olun.
- İstirahət edin
Fasilələrinizi əvvəlcədən planlaşdırın: saat neçədə istirahət edəcəksiniz, istirahətiniz nədən ibarət olacaq? Yaxşı olar ki, sizi rahatlaşdıran və sevindirən bir şey seçəsiniz: açıq havada gəzmək, oxumaq, musiqi, həmkarlarla söhbət etmək, daha çox yatmaq, əl işləri – nə olursa olsun.
Fasilələr sizə özünüzü daha yaxşı və məhsuldar hiss etməyə kömək edəcək.