Qeyri-Bank

Azərbaycanda kredit ittifaqı adını dəyişdi

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqı adını dəyişib.

ENA.az xəbər verir ki, “Cocuq Mərcanlı Kredit İttifaqı” MMC adını dəyişərək “Zirvə Kredit İttifaqı” MMC çevrildiyini elan edir.

Bildirək ki, bu kredit ittifaqının hüquqi ünvanı Biləsuvar rayonu, 4-cü qəsəbə, ev 287, nizamnamə kapitalı 4 400 manat, qanuni təmsilçisi isə Qədir Əli oğlu Quliyevdir.

“Cocuq Mərcanlı Kredit İttifaqı” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)