Müflis olan "Standard Insurance” kreditorların tələblərini qəbul edəcək
"Standard Insurance”sığorta şirkəti 60 gün ərzində kreditorlardan tələblər qəbul edəcək. Bu barədə şirkətin elanında deyilir.
“Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə ASC "Standard Insurance” Sığorta Şirkətinin müflis elan edilməsi qərara alınmışdır. Həmin məhkəmənin 17 avqust 2020-ci il tarixli qərarına əsasən, sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilmişdir”, - deyə elanda deyilir.
Telefon: +994 12930.
Azərbaycan Mərkəzi Bankı mayın 19-da kapital və ödəmə qabiliyyəti ilə bağlı problemlərlə üzləşmiş “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv edib.
“Standard Insurance” sığorta şirkəti Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərib. Şirkət icbari və könüllü sığortanın 28 növü üzrə xidmətlər təqdim edirdi.