Vakansiyalar

Şirkət departament müdiri axtarır - MAAŞ 2500 MANATDAN BAŞLAYIR

Corn Processing Company

Vəzifə: İnsan Resursları və İnzibati İşlər departamentinin müdiri

Əmək haqqı: 2500 AZN-dən başlayaraq (XALİS)

Vəzifə təlimatları:

• Müəssisənin konseptual inkişaf konsepsiyasının həyata keçirilməsi aspektində insan resursları sahəsində müasir texnologiya və metodlara əsaslanan avtomatlaşdırılmış idarə olunma sisteminin qurulmasını və təkmilləşdirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
• Əmək qanunvericiliyi sahəsində qəbul edilmiş normativ hüquqi aktların tənzimlənməsindən irəli gələn vəzifələri icra etmək;
• Müəssisəyə işə qəbul edilmə ilə bağlı namizədlərlə qanunvericilik, obyektivlik, bərabərlik və aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə mərkəzləşdirilmiş qaydada müsabiqə və (və ya) müsahibənin keçirilməsindən irəli gələn işləri aparmaq;
• Struktur bölmələri üçün vəzifə və peşələr üzrə kadr ehtiyaclarını və kadrlara olan tələbləri müəyyən edərək, seçilməsini təmin etmək;
• İşə qəbul olunmuş işçilərlə bağlı müvafiq sənədləşmə prosedurunu aparmaq və onlarla əlaqəli adaptasiya və orientasiya işlərini təşkilinə nəzarət etmək;
• Müvafiq hallarda müəssisəyə ilk dəfə işə qəbul olunmuş işçilərin müəyyən edilmiş qaydada stajorluq, təcrübə və sınaqkeçmə işlərinə nəzarət etmək;
• Rəhbərlik qarşısında işçilərin vəzifələrdə istifadə olunması, ştat vahidlərinin işçilərlə komplektləşdirilməsi, həmçinin yerdəyişməsi, işdən azad edilməsi və işdən kənarlaşdırılması haqqında təkliflər irəli sürmək;
• Rəhbər və digər vəzifə və peşələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması və bazasının qurulması işini təşkil etmək;
• İşçilərinin fəaliyyətinin qiymətləndirilməsi işini təşkil etmək, bununla bağlı qiymətləndirmə meyarlarının, forma, məzmun və qaydalarının hazırlanması və həyata keçirilməsini təmin etmək, qiymətləndirmənin nəticələrini təhlil edərək müvafiq təkliflər vermək;
• Müəssisədə işçilərdən və ştat vahidlərindən effektiv istifadə olunması və istifadənin təkmilləşdirilməsi məqsədilə təkliflər vermək;
• Müəssisədə işçilərin seçilib yerləşdirilməsi, onlara müvafiq dərəcələrin verilməsi, işçilərin həvəsləndirilməsi, onlara intizam tənbehinin və mükafatlandırma tədbirlərinin tətbiq edilməsi, habelə attestasiyasının keçirilməsi və digər kadr məsələləri barədə rəhbərliyə təkliflər və arayışlar təqdim etmək, müvafiq əmr və sərəncam layihələrini hazırlamaq;
• İşçilərin nəzəri və peşə hazırlığı, təkrar hazırlığı və ixtisasın artırılması məqsədi ilə müvafiq tədris müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən istifadə edilməsi və təşkil olunması barədə təkliflər vermək;
• Departamentin iş planını, fəaliyyəti ilə bağlı məlumatları dövrlər üzrə hazırlamaq, kadr işinin istiqamətləri ilə bağlı statistik hesabatlar aparmaq;
• Əmək intizamını, etika normaları və intizam qaydalarını pozan işçilər barəsində ölçü götürülməsi məqsədi ilə rəhbərliyə təkliflər vermək;
• Səlahiyyətləri daxilində fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan təqdimatlara, ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
• İnformasiya texnologiyalarının imkanlarını tətbiq etməklə işçilərin mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılmasına və kadr işinin istiqamətləri üzrə uçotun aparılmasına nəzarət etmək;
• İşçilərin məzuniyyətdən istifadə məsələləri və xidməti ezamiyyələri ilə bağlı işlərə nəzarət etmək;
• İşçilərin şəxsi işlərini, əmək kitabçalarını, kartotekalarını aparılmasına, onların arxiv işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada uçotunun və qeydiyyatının həyata keçirilməsinə, saxlanmasına və onlarda olan məlumatların yayılmamasına nəzarət etmək;
• Müəssisə üzrə kadr işi ilə bağlı əmr və sərəncamların rəsmiləşdirilməsini təmin etmək və onların icrası ilə bağlı aidiyyəti tədbirləri həyata keçirmək;
• Səlahiyyətləri daxilində daxili nəzarəti təşkil edir, şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək
• Əməkdaşların təlim ehtiyaclarını müəyyən etmək və bu istiqamətdə təlimlərin keçirilməsi ilə bağlı tövsiyyələr vermək;
• İşçilər haqqında aidiyyəti məlumatlar toplamaq, yeniləmək və təhlil etmək, onların kariyera yüksəlişi planlamasını həyata keçirmək, vəzifədə (peşədə) irəli çəkilmələri ilə bağlı təkliflər vermək;
• İşçilərlə bağlı motivasiya tədbirlərinin hazırlanması işində iştirak etmək, səlahiyyətləri daxilində həmin tədbirləri həyata keçirmək;
• İşçilərin iş vaxtının tabeli uçotunun tərtib edilməsinin həyata keçirilməsinə və əmək haqqının hesablanılmasına nəzarət etmək;
• Müəssisənin kadr işi və insan resurslarının idarə olunması sahəsində konseptual inkişaf siyasətini və prioritet fəaliyyət istiqamətlərini hazırlamaq və həyata keçirmək.

Tələblər:

• Hüquq və ya insan resursları üzrə ali təhsil (Magistr təhsili arzuolunandır);
İnsan resurslarının idarə edilməsi sahəsində minimum 6 il təcrübə;
• Yaş həddi (30-45 yaş)
• İlk 3 ay – daimi Oğuz rayonu, “CPC” MMC-nin zavodu/İnzibati ofis
• Daha sonra: Bakı şəhəri, “Sahil Plaza”; Oğuz rayonuna mütəmadi ezmiyyə tələb edilə bilər

Nəzəri biliklər:

- Əmək qanunvericliyi və hüquqi normativ aktlar;
- AR Əmək məcəlləsi;
- İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında biliklər;
- Personalın qiymətləndirmə sistemi və metodları;
- Kadr uçotu, lazımi hesabatların hazırlanma qaydası;
- Sosiologiya, psixologiya və əməyin təşkilinin əsasını bilməli;
- Əməyin mühafizəsi qayda və normaları.
- Azərbaycan dilində sərbəst danışıq (Rus və İngilis dilləri bilmək üstünlükdür);
- Komputerdə işləmək bacarığı (Word, Excel, Power Point, Outlook, 1C proqramı);
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini hr@cpccom.az ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department