Sağlamlıq

ABŞ və Almaniyanın ortaq peyvəndinin satış tarixi məlum oldu

Almaniyada bu ölkənin “BioNTech” şirkəti ilə ABŞ-ın “Pfizer Inc” korporasiyasının birgə hazırladığə koronavirus peyvəndinin kliniki sınaqları keçiriləcək.

Məlumata görə, əgər sınaqlar müvəffəqiyyətlə başa çatsa, şirkətlər oktyabrda vaksinin bazara girişi ilə bağlı sifariş verməyi planlaşdırır.

Məlumata görə, artıq Paul Erlix İnstitutu sınaqların ikinci və üçüncü mərhələsini bəyənib. Almaniyada keçirilən sınaqlar iyulda başlanmış beynəlxalq tədqiqatın bir hissəsi olacaq. Sınaqlarda 30 minə yaxın könüllünün iştirak edəcəyi planlaşdırılır. Hazırda dünyada 120 tədqiqat mərkəzində keçirilən kliniki sınaqlarda 25 mindən çox könüllü iştirak edir.

“BioNTech”in təsisçilərindən biri Uğur Şahin peyvəndin təhlükəsizliyini və effektivliyini qəti şəkildə təsdiqləmək üçün böyük, nəzarət edilən 3 mərhələli sınaqların vacib olduğunu deyib.

Peyvəndin bazara girişi halında onu cari ilin sonuna kimi 100 milyon dozaya qədər buraxmaq planlaşdırılır. Bu göstəricinin 2021-ci ildə 1,3 milyarddan çox dozaya yüksəldilməsi nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)