Neftin qiyməti üzü aşağı istiqamət alıb - UZUCLAŞMA DAVAM EDİR
Dünya birjalarında neftin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,49 ABŞ dolları və ya 1,23% azalaraq 39,28 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,44 dollar və ya 1,03% azalaraq 42,22 dollar təşkil edib.