Rəhim Qazıyev ev dustaqlığına buraxıldı
Sabiq Müdafiə naziri Rəhim Qazıyev ev dustaqlığına buraxılıb.
ENA.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb: “Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanova Rəhim Qazıyev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətimizi təmin etdi.
Ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixədək müəyyən edildi”.