Əhalinin banklara satdığı dolların həcmi azalıb: İLLƏR ÜZRƏ DİNAMİKA - İNFOQRAM
Azərbaycanda əhalinin banklara satdığı dolların həcmində kəskin azalma qeydə alınıb. Belə ki, bu ilin yanvar-iyul aylarında əhali 40% az dollar satıb.
ENA.az olaraq, 2005-ci ildən bəri əhalidən alınan və əhaliyə satılan dolların həcmi üzrə dinamikanı oxucularımıza təqdim edirik.
İnfoqramdan görünür ki, əhalidən dollar alışı və dollar satəşə üzrə pik hədd 2015-ci ildə qeydə alınıb və nəticəsi olaraq Azərbaycanda ciddi devalvasiya baş verib. Əhali əlindəki bütün manatı dollara çevirəndən sonra isə məsələn 2016-cı ildə dollara tələbat azalıb və bu satışda 4 dəfəlik bir fərq yaradıb.
Maraqlı məqamlardan biri də odur ki, yanvar-iyul aylarında banklar hərraclarda 4,5 milyard dollar alıblar. Əhaliyə isə 2.4 milyard dollar satılıb. Eyni zamanda əhalidən 655 milyon dollar valyuta alınıb. Belə bir hesablama aparaq:
2.4 - 0,65 = 1,75 milyard dollar. Bu o deməkdir ki, əhaliyə alışdan əlavə olaraq təxminən 1,75 milyard dollar satılıb.
4.5 -1.7 = 2.3 milyard dollar. Bu isə o deməkdir ki, məhz bu qədər xarici valyuta təşkilatlar, idxalçılar və s. tərəfindən alınmışdır.
İllər üzrə |
Bankların əhalidən aldığı dolların həcmi (min dollarla) |
Bankların əhaliyə satdığı dolların həcmi (min dollarla) |
2005 |
945 168 900 |
1 363 845 000 |
2006 |
979 089 600 |
1 734 462 600 |
2007 |
1 335 173 300 |
3 177 929 700 |
2008 |
1 455 170 800 |
4 967 710 700 |
2009 |
1 418 760 000 |
5 807 164 200 |
2010 |
1 241 631 500 |
5 201 586 300 |
2011 |
1 945 544 700 |
6 441 962 900 |
2012 |
2 596 120 400 |
9 169 283 300 |
2013 |
3 006 761 000 |
9 308 270 900 |
2014 |
3 376 358 300 |
9 373 100 300 |
2015 |
3 478 205 900 |
12 317 396 400 |
2016 |
2 559 517 000 |
3 004 956 700 |
2017 |
1 733 190 700 |
1 759 735 100 |
2018 |
2 037 197 100 |
3 406 108 700 |
2019 |
1 828 960 500 |
2 680 553 300 |
2020, yanvar-iyul |
655743 600 |
2473290600 |